Şabran rayonu ərazisində baş verən hadisənin vulkan püskürməsi olması hələlik dəqqləşməyib. Bu barədə açıqlamasında Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq mütəxəssislər hadisə yerində araşdırmalar aparır.“Bu barədə bizə məlumat verilib. Artıq əraziyə mütəxəssislər göndərilib. Hadisə baş verən ərazidə kəşfiyyat işləri aparılır. Hələlik dəqiq demək olmaz ki, orada vulkan püskürüb. Təkcə hadisə şahidlərinin sözlərinə görə nəsə demək də düzgün olmaz. Hələlik baş verənlər məlum deyil. Çox elə hallar olub ki, vulkan püskürməsi deyilir, baxanda bunun belə olmadığını görürük. Bir çox hallarda torpaq sürüşməsi də olur”, - deyə Adil Əliyev vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !