“Sabunçu xəstəxanası”nın baş həkimi məhkəmə zalında həbs olundu

Yanvarın
25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər
Xəstəxanasının (Sabunçu xəstəxanası kimi tamımır) keçmiş baş həkimi, dələduzluqda
təqsirləndirilən Rauf İsfəndiyarovun cinayət işi üzrə hazırlıq iclası davam
etdirilib.
Hazırlıq iclası başlayan kimi iş üzrə zərərçəkmiş müğənni Dəniz Əsədovanın
vəkili Ceyhun Yusifov vəsatət qaldırıb. O, ev dustaqlığında olan Rauf İsfəndiyarovun
barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. İsfəndiyarovun
vəkili onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə zərurət
olmadığını bildirib. Prokuror isə vəsatəti dəstəkləyib. Qısa müşavirədən sonra məhkəmə
zalında konvoyların sayı artırılıb, İsfəndiyarovun qolları qandallamaraq , məhbuslar
üçün nəzərdə tutulmuş şüşə qəfəsə salınıb.
İbtidai istintaqın gəldiyi nəticəyə görə, Rauf İsfəndiyarov "Sabunçu xəstəxanası”nın baş həkimi işlədiyi müddətdə müğənnidən hissə-hissə ümumilikdə 627 min manat alıb və mənimsəyib. İsfəndiyarov həmin məbləğin müəyyən hissəsini zərərçəkmişə qaytardığını bildirsə də,zərərçəkmiş bunu inkar edir.
İsfəndiyarova
qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən
Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla),
179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci
(vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə),
311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə
saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini,
möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya
saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Yaxın
günlərdə məhkəmə baxışı olacaq, tərəflər ifadə verəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 