Dekabr ayı ərzində əhali arasında baş vermiş 64 qida zəhərlənməsi hadisəsindən 113 nəfər zərərçəkən olubŞadlıq evlərindən götürülən yeyinti məhsulları nümunələrinin 23-də mikrobioloji çirklənmə aşkar edilib.Səhiyyə nazirliyinin mətbuat xidmətindən AzərTac-a verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin dekabr ayı ərzində şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı nümunəsi götürülüb.Aidiyyəti üzrə müayinə üçün laboratoriyaya göndərilən qidalarda zərərli tapıntılar aşkarlanıb.Belə ki, müayinə zamanı 23 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.Dekabr ayı ərzində əhali arasında baş vermiş 64 qida zəhərlənməsi hadisəsindən 113 nəfər zərərçəkən, o cümlədən 9 botulizm hadisəsindən 17 nəfər zərərçəkən olub. ANN.Az