Şadlıq evlərində qorxulu faktlar

17:02 | 22.04.2014
Şadlıq evlərində qorxulu faktlar

Şadlıq evlərində qorxulu faktlar

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2014-cü ilin mart ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edənlər cəzalandırılıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, 15 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 8 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 5 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 246, toksikoloji göstəricilərinə görə 193, radioloji göstəricilərinə görə 12 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 8-də orqanoleptik və fiziki-kimyəvi, 11-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.Şadlıq evlərindən 760 yaxma nümunəsi, 5 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 7 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.Mart ayı ərzində əhali arasında 76 qida zəhərlənməsi hadisəsi baş vermiş, 83 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş vermiş, 7 nəfər zərərçəkən olub.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM