Bu gün Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi(DMDT-IB) Bakı şəhəri Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə "İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin inkişafında sinifdənxaric işlərin rolunun təbliği” mövzusunda sonucu təlimini keçirdi. Təlim başlamamışdan öncə baner asıldı, şagirdlər qeydiyyatdan keçdi.
Sonra İctimai Birliyin fəaliyyətilə bağlı qısa video çarx iştirakçılara təqdim edildi. Təlimə başlayan Cavid Cəfərzadə iştirakçıları salamladıqdan sonra canlı şəkildə Azərbaycan Respublikasının Dövlət Himnini oxudular. Cəfərzadə Cavid təlimə başlamazdan öncə şagirdlərə və valideynlərə bu günkü təlimin mahiyyəti haqqında qısa məlumat verdi. O, bildirdi ki, bu günə qədər keçdiyimiz və öyrəndiyimiz bütün təlimlər yekunda disput şəkilində olacaq. Cavid müəllim çıxış zamanı vurğuladı ki, uşaqların mənəvi aləminin zənginləşməsi və həmçinin cəmiyyətdə özlərinə layiqli yer tutması bizim əsas hədəflərimizdəndir. DMDT- İctimai Birliyinin bu cür layihələri keçirməklə cəmiyyətdə maarifçilik mexanizmini işə salır, şagirdləri şəxsiyyətyönümlü bir vətəndaş kimi yetişdirir. Biz çalışmalıyıq ki, onlar həm təlimdə, həmdə tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər. Bununla yanaşı insan humanist, müsbət dəyərləri özündə əks etdirən bir varlığa çevrilməlidir. Bunun üçündə insan özünü mənəvi cəhətdən paklaşdırmalıdır.
Sonra söz təlimçi, metodist Orucova Turanəyə verildi. Təlimçi Turanə xanım iştirakçıları salamladıqdan sonra təlim haqqında öz fikirlərini bölüşdü. Bu günləri cəmiyyətin sağalmaz yarası gənclərin təlim, tərbiyə məsələsidir. Buna görədə bu cür təlimlərin həyata keçirilməsi uşaqların mənəvi aləminin zənginləşməsinə müsbət təsir göstərir. Uşaqlarla sual-cavab edən Turanə xanım Azərbaycan Şifahi Xalq Ədədbiyyatında, Azərbaycan kino filimlərində əxlaqi dəyərlər haqqında geniş söhbət apardı. İbtidai sinif müəllimi Cavid Cəfərzadə və təlimçi Orucova Turanə şagirdlərə ictimai yerlərdə parklarda, nəqliyyat vasitələrində, məktəbdə və s yerlərdə özünüdavranış qaydaları haqqında suallar verdilər. Şagirdlər parkda və digər ictimai yerlərində özlərini necə aparmaq, yaşlılara hörmət etmək, ətraf aləmi zibilləməmək, küçədə, parkda necə hərəkət etmək və digər davranış qaydaları haqqında verilən sualları cavablandırdılar. Şagirdlərdən Rusif, Yusif, Fidan, Fatimə, Aliyə Aqşin və.s şagirdlər fəal iştirak etdilər. Turanə xanım qısa olaraq vurğuladı ki, bu cür layihələrin keçirilməsi Qeyri Hökumət Təskilatları ilə məktəblərin birgə fəaliyyət göstərməsi ölkədə vətəndaş cəmiyyətinin inkişafından, təhsildə maarifçiliyin inkişafından xəbər verir. Ona görədə bu cür təşkilatlara yardım edildiyi üçün rəhbərliyə öz təşəkkürümüzü bildiririk. Təlim zamanı məktəbin tədris hissə müdiriŞükürova Mətanət xanımda vurğuladı ki, şagirdlər bizim gələcəyimiz və cəmiyyətimizn ən gözəl nümunəsidir. Buna görədə bu cür layihələrin davamaı gəlməlidir. Müəllimlərdən Nigar, Rabil, Nazilə, Tünzalə də öz çıxışlarında bildirdilər ki, QHT-lərin bu cür fəaliyyəti ölkədə vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərir. Valideynlərdə öz razılıqlarını bildirdilər ki, bu tədbirlər uşaqların dünyagörüşünə və sağlam düşüncənin yaranmasına təsir edir. Layihə rəhbəri Əli Cəfərov xüsusi olaraq bildirdi ki, Layihəni Azərbaycan Respublikası Prezdenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir. Tədbir zamanı Bakı Uşaq Teatrının kollektivinin çıxışı uğurla qarşılandı. Yekunda uşaqlara həvəsləndirici diplomlar verildi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !