Moskvada məktəb şagirdlərini girov götürmüş silahlı şəxs zərərsizləşdirilib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Andrey Pilipçuk bildirib. Onun sözlərinə görə, Otradnı küçəsində yerləşən 263 saylı orta məktəbə daxil olan silahlı şəxs hadisə yerinə gələn iki polis əməkdaşından birini öldürüb, digərini isə yaralayıb. “Hazırda məktəbin ərazisinə polis qüvvələri cəlb olunub. Məktəbin binasından şagird və müəllimlər təxliyyə olunublar. Lakin silahlı şəxsin daxil olduğu sinif otağında bir müəllimi də öldürüb”. Qeyd edək ki, Moskvada məktəbdə girov götürülən şagirdlər azad olunub. Məktəbdə atəş açmış şəxsin yuxarı sinif şagirdi olduğu bildirilir.
------13:10 Rusiya paytaxtında orta məktəbdə silahlı insident baş verib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, silahlı şəxs paytaxtda yerləşən 263 saylı məktəbin binasına daxil olaraq odlu silahdan atəş açmağa başlayıb. Nəticədə hadisə yerinə gəlmiş polis əməkdaşları yaralanıb. Silahlı şəxsin məktəbin təhlükəsizlik xidmətinin əməkdaşını silahla hədələyərək içəri daxil olduğu bildirilir. Təhlükəsizlik Xidmətinin əməkdaşı hadisə yerinə polisləri çağırıb. Bu zaman silahlı şəxs məktəbin pəncərəsindən polislərə atəş açmağa başlayıb. Nəticədə bir polis əməkdaşı yaralanıb. Silahlı şəxsin şagirdləri girov götürdüyü bildirilir. Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda 263 saylı məktəbə silahlı şəxsin daxil olduğu, bir nəfər polis əməkdaşının yaralandığı deyilir. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hadisə yerinə gəlib. Məktəb binası polis qüvvələri tərəfindən əhatəyə alınıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !