“Şah-Dəniz” yatağından 10 milyard kubmetrdən qaz çıxarılacaq

18:09 | 29.10.2015
“Şah-Dəniz” yatağından 10 milyard kubmetrdən qaz çıxarılacaq

“Şah-Dəniz” yatağından 10 milyard kubmetrdən qaz çıxarılacaq

2015-ci ildə Azərbaycanın "Şah-Dəniz” neft yatağında qaz hasilatı 10 milyard kubmetr təşkil edə bilər, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların geologiyası, geofizikası və işlənməsi üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

"Bu il illik hasilat ("Şah-Dəniz” yatağında-red.) yəqin ki, 10 milyard kubmetr olacaq”, - o, jurnalistlərə bəyan edib.

RİA Novosti-nin müxbirinin sualına cavab verərkən, Yusifzadə 10 milyardın yataqda ümumi qaz hasilatının göstəricisi olduğunu dəqiqləşdirib.  

Razılaşmaya müvafiq olaraq, gəlirin bölünməsində Azərbaycanın payı 60%-ə yaxın olacaq, qazın qalan hissəsi "Şah-Dəniz” yatağında paya sahib şirkətlər arasında bölünəcək.

Xəzər dənizinin "Şah-Dəniz” yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr həcmində dəyərləndirilir. İşlənmənin birinci mərhələsində ümumi hasilat 178 milyard kubmetr (2014-cü ildə bu göstərici 9,9 milyard kubmetr olub) həcmində nəzərdə tutur.

Layihənin ikinci mərhələsi çərçivəsində ildə daha 16 milyard kubmetr əlavə qazın hasilatı planlaşdırılır. Bu mərhələ çərçivəsində qaz hasilatının 2018-ci il üçün başlanması gözlənilir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM