Şahbaz Quliyev: `Darıxıram, sizin üçün...`

14:53 | 01.05.2015
Şahbaz Quliyev: `Darıxıram, sizin üçün...`

Şahbaz Quliyev: `Darıxıram, sizin üçün...`

Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Şahbaz Quliyev xəstəxanadan ailəsinə məktub göndərib.

Bu barədə AzVision.az-a Ş. Quliyevin qardaşı İlham Quliyev məlumat verib.

Bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatırılıb: "Məktubda Şahbaz vəziyyətinin yaxşı olduğunu yazıb. Deyir ki, narahat olmayın, hər şey yaxşı olacaq. Qardaşımız darıxıdığını da qeyd edib. O, heç bir probleminin olmadığını da söyləyib”.

Qeyd edək ki, erməni girovluğunda saxlanılan Şahbaz Quliyev bir neçə gün öncə öd kisəsindən əməliyyat olunub.

Ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Qondarma məhkəmənin hökmü ilə D.Əsgərova ömürlük, Ş. Quliyevə isə 22 il həbs cəzası verilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM