ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, "məhkəmə”də çıxış edən girov Şahbaz Quliyev ermənilərin onun haqqında səsləndirdiyi ittihamların hamısını rədd edib.
Ş.Quliyev Kəlbəcərə doğma torpaqlarını ziyarət etmək üçün gəldiyini bildirib. Girov çıxışında həmçinin azyaşlı erməni uşağın oğurlanması ilə bağlı iddiaları birmənalı şəkildə təkzib edib.
"Mən sərhədi keçməmişəm. Sadəcə doğma torpaqlarımıza baş çəkmişəm. Mənim guya erməni gənci öldürməm barədə ittihamlar həqiqəti əks etdirmir. Üzərimdə silah olub, amma heç kimi öldürməmişəm”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !