Şahbazdan Dilqəmə CAVAB: “Ona iki şillə vurdum, dedim ki...”

18:30 | 13.04.2021
Şahbazdan Dilqəmə CAVAB: “Ona iki şillə vurdum, dedim ki...”

Şahbazdan Dilqəmə CAVAB: “Ona iki şillə vurdum, dedim ki...”

Ötən il əsirlikdən vətənə qaytarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin arasında mübahisə yaranıb. Buna səbəb Dİlqəm Əsgərov və oğlu Kürdoğlu Əsgərovun Quliyev haqqında yeni iddia və ittihamlar səsləndirməsi olub. Əsgərov deyib ki, Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq düşmən əsgərləri tərəfindən girov götürülüb.


"Sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb. Quliyev tutulan kimi Dilqəm Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub”.


Bundan əlavə Əsgərov da Quliyevi "Paşinyanın dostu” adlandıraraq Həsən Həsənovun ölümündə onu günahlandırıb.


"Sherg.az”  bu ittihamlara cavab almaq üçün Quliyevin özü ilə əlaqə saxlayıb və Şahbaz  ittihamları cavabsız qoymayıb.


"Dilqəm deyir ki, o mənə ermənilərin yanında şillə vurub. Səni neçə kilometr belimdə daşıyanda yaxşı oldum, iki şilləyə görə pisəm? Bir də  yaxşı edib vurmuşam. Özüm də deyirəm ki, ona iki şillə vurdum. Əcəb eləmişəm. Dilqəm yaxşı bilir niyə belə etdim. Dilinin üstündə! Deyirdi, guya Şahbazla Həsən hökumət adamıdır, ona görə vurdum. Nə hökumət adamı? Qəbir ziyarətinə getmişdik”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb