2015-ci ilin yanvar-aprel aylarında "Şahdağ” elektrik stansiyası 135,3 mln. kilovatsaat elektrik enerjisi istehsal edib.
Bu barədə Oxu.Az-a "Azərenerji” ASC-dən bildirilib.
Cari ilin aprel ayında elektrik stansiyası 24,2 mln. kilovatsaatdan artıq elektrik enerjisi istehsal edib.
Xatırladaq ki, elektrik stansiyası 12 aqreqatdan ibarət olub, ümumi gücü 105 MVt təşkil edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !