Şahdağ xizək kurortu ilə rəqabətə girən Sumqayıt - FOTO+VİDEO

17:00 | 05.02.2014
Şahdağ xizək kurortu ilə rəqabətə girən Sumqayıt - FOTO+VİDEO

Şahdağ xizək kurortu ilə rəqabətə girən Sumqayıt - FOTO+VİDEO

Rüstəm QasımovBu günlərdə havaların ciddi soyuması ölkə ərazisinin xeyli hissəsinin qarla örtülməsi ilə nəticələndi. Paytaxt yüngül qorxuyla qardan canını qurtardı, amma hamının bəxti gətirmədi. Bakıdan cəmi 30 dəqiqəlik məsafədə yerləşən Sumqayıt indiyəcən güclü boranın nəticələriylə mübarizə aparır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeoroloji milli departamentinin məlumatlarına əsasən, Sumqayıtda (24 santimetr) qar örtüyünün hündürlüyü yalnız Böyük Qafqaz ərazisinə güzəştə getdi – Sarıbaş 27 santimetr. Yeri gəlmişkən, Bakıda qarın qalınlığı 15 santimetr qeydə alınmışdır. Sərt hava şəraitinin üzərinə şəhər xidmətlərinin mütləq hazırlıqsızlıq faktını da əlavə eləsək, Sumqayıtın bu qar yağımından xeyli əziyyət çəkdiyi aydınlaşar.Buzlu küləklə və "Sibir" boranı ilə müşayiət olunan qarın nəticələri şəhər əhalisinə artıq neçə gündür əziyyət verir. Yolları qardan və buzdan təmizlənməyə məsul olan qurumlar yəqin belə zənn edirmişlər ki, qardır, yağıb, növbəti gün günəş çıxacaq və əriyəcək, bununla da hər şey öz qaydasına düşəcək. Amma belə olmadı. Şəhərin mərkəzi Sülh küçəsini çıxmaq şərtilə, bütün digər prospekt və yollarda vəziyyət bərdaddır, güclü şaxtalar, xüsusən gecələr, qarın əriməsinə imkan vermir.Gündüzlər günəş özünü göstərir, temperatur artır, bu zaman buzlar bir az yumşalır və qara-qəhvəyi rəngli lehməyə çevrilir. Sonra bu kütlə donur və buz meydançası əmələ gəlir, bunun üzərində isə maşınlar normal hərəkət edə bilmir və piyadaların gediş-gəlişi çətinləşir. Axı yalnız yollar deyil, həm də səkilər də dəhşətli vəziyyətdədir. Müvafiq qurumlar səkilərin təmizlənməsiylə məşğul olmurlar. Mağazaların sahibləri və ictimai təşkilatlar öz işçilərini obyektlərin və müəssisələrinin qarşısındakı sahələri təmizləməyə göndərirlər, onlar da qar yığınlarından dar yollar çəkirlər.Hava şəraiti ilə əlaqədar olaraq sayı kifayət qədər azalmış şəhər avtobusları qəzaya düşməkdən ehtiyat edərək çox yavaş-yavaş hərəkət edirlər, çünki yollar dəhşətli dərəcədə buz bağlayıb. Nəinki sərnişinlər, hətta sürücülər avtobusların bir tərəfdən o biri tərəfə ləngər vurmasından qorxurlar. Sual yaranır, əgər buzu heç kim təmizləmək fikrində deyilsə və öz-özünə əriyib gedəcəyini gözləyirlərsə, onda niyə onun üzərinə bizdə kifayət qədər olan qum və ya duz səpmirlər.Buz insanlara şəhər boyunca sərbəst hərəkət etməyə imkan vermir. Poçta, bazara və ya mağazaya çatmaq mümkün deyil, sürüşməmək üçün və bədənin bir əzasını sındırmamaq üçün insanlar ehtiyatla hərəkət edirlər, bu da onların vaxtını alır. Bəs yaşlı insanlar necə hərəkət etsinlər, onların haqqında kim düşünür?Hətta şəhər icra hakimiyyətinin binası qarşısındakı sahə də bu günə kimi qarla örtülü olaraq qalır.Şəhərin bəzi yolları, onları şərti olaraq mərkəzi yollar adlandırmaq da olar, yalnız yarımçıq təmizlənib və yolun hər iki tərəfində qar yığınları, buzlu qayalar və donmuş palçıq var.Sürücülərin əksəriyyəti "ölüm yollarına" çıxmırlar, axı buz meydançasında sürüşüb sağ-salamaq qalacağına heç bir zəmanət yoxdur.Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən avtobusların sayı təbuu ki azalıb, çünki, bəzi sürücülərin sözlərinə görə, avtobusların sahibləri qəza ehtimalı kifayət qədər yüksək olduğundan onlara  buzlu yola çıxmağa qadağan ediblər. Xüsusi sahibkarlıqla məşğul olanlar isə bundan istifadə edərək ikiqat qiymət qoyublar, işə tələsən həmvətənlərimiz isə bu pulu ödəmək məcburiyyətində qalırlar. Taksi sürücüləri isə əlbəttə ki, fürsəti fötə vermir, işə tələsən, Bakıya getmək məcburiyyətində olan sərnişinlərə ürəklərindən keçən qiyməti oxuyurlar. Xüsusilə qar yağan ilk günlər qiymətlər 10-15 manat arasında tərəddüd edirdi.Çovğunun birinci günündə elektrik stansiyasında qəza oldu, demək olar ki, bütün şəhər işıqsız qaldı. İkinci günündə - elektrikin fasilələrlə verilməsi müşahidə olunurdu. Mənzillərdə isitmə sistemi batareyalarının buzlamasını və qazın da fasilələrlə kəsilməsini nəzərə alsaq, insanlar mümkün qədər qalın geyinməyə və qızmaq üçün bir otağa yığılmaq məcburiyyətində qalırdılar. Qeyd etmək lazımdır ki, təkcə Sumqayıtda deyil, bütün ölkədə güclü yağışlar, küləklər və ya qar zamanı işığın və qazın müvəqqəti söndürülməsi qanunauyğun hesab olunur.Bir sözlə vəziyyət kritik olaraq qalır, adət edilmiş həyat ritmini bərpa etmək, yolların, səkilərin, inzibati və ictimai binaların qarşısının buzdan və qar yığınlarından təmizlənməsi üçün təcili ölçü götürülməlidir.   Amma şəhərin buz bağlamış yollarının öz üstünlükləri də var. Təbiətin bizə bəxş etdiyi pulsuz buz meydançası xizəkdə sürüşmək üçün yaxşı imkan yaradır. Bu ya uşaqlara, ya da romantik ruhlu insanlara sərf edir, təəssüf ki...

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti