“Şahdəniz-2” layihəsinin yekun imzalanma mərasimi keçirilir

10:48 | 17.12.2013
“Şahdəniz-2” layihəsinin yekun imzalanma mərasimi keçirilir

“Şahdəniz-2” layihəsinin yekun imzalanma mərasimi keçirilir

Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilir.

APA-nın xəbərinə görə, mərasim Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə başlayıb. O, bu günü Azərbaycan tarixində tarixi bir gün adlandırıb. Dövlət başçısı “Şahdəniz” layihəsinin dünyanın ən iri enerji layihələrindən biri olduğunu vurğulayıb. Xatırladaq ki, Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qərarını iyunun 28-də rəsmən açıqlayıb. “Şahdəniz” konsorsiumu son iki il ərzində Avropaya təbii qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard ABŞ dolları təşkil edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM