“Şahdəniz-2” üzrə 363 milyon manatlıq müqavilə imzalandı

15:25 | 22.06.2015
“Şahdəniz-2” üzrə 363 milyon manatlıq müqavilə imzalandı

“Şahdəniz-2” üzrə 363 milyon manatlıq müqavilə imzalandı

"BP Azerbaijan” məlumat yaydı.

Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri Şirkəti məmnuniyyətlə elan edir ki, Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri sürətlə irəliləyir.

Oxu.Az-a "BP Azerbaijan”dan verilən məlumata görə, Azərbaycanda və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyişlər əldə olunub.

Bu işlərin bir hissəsi olaraq Şahdəniz bu yaxınlarda daha iki müqavilə imzalayıb. Həmin müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçündür.

Bu müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.

Mərhələ 2 üzrə bundan əvvəl elan edilmiş əsas müqavilələrin davamı olan bu iki yeni müqavilə aşağıdakılardır:

1. Sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 milyon dollar dəyərində olan müqavilə FMC Kongsberg Subsea AS şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

2. Tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 milyon dollar dəyərində olan müqavilə OneSubsea (UK) Ltd şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM