İstifadəyə verildiyi vaxtdan 2023-cü il mayın 1-nə qədər Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən "Şahdəniz” yatağından 192 milyard kubmetr qaz hasil edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakı Enerji Forumunun ikinci günündə çıxışı zamanı qeyd edib.
Yusifzadə bildirib ki, "Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton həcmində dəyərləndirilir.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb
"Şahdəniz" yatağnın kəşf edilməsi, işlədilməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb.
"Şahdəniz" yatağı 1999-cu ildə kəşf edilib.
Ayişə Zahid
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !