“Şahdəniz”də payın alınması Macarıstana qaz idxalını diversifikasiya etməyə imkan verəcək

10:12 | 06.06.2024
“Şahdəniz”də payın alınması Macarıstana qaz idxalını diversifikasiya etməyə imkan verəcək

“Şahdəniz”də payın alınması Macarıstana qaz idxalını diversifikasiya etməyə imkan verəcək

"Şahdəniz” yatağında payın alınması Macarıstana qaz tədarükünü diversifikasiya etmək baxımından çox əhəmiyyətlidir. Bunu MVM Group-un baş direktoru Karoli Matray Bakı Enerji Forumunda bildirib. 


"Biz Azərbaycanla enerji sektorunda sıx əməkdaşlıq edirik, dünən SOCAR ilə dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan "Şahdəniz”də 5% pay almaq barədə müqavilə imzalamışıq”, - Matray bildirib. 


Onun sözlərinə görə, bu əməliyyat MVM Group strategiyasında ən iri əməliyyat olub.


"Bu, qaz tədarükümüzü şaxələndirmək və bir mənbədən asılılığı azaltmaq üçün çox əhəmiyyətlidir”, - Matray bildirib.


Hazırda Macarıstanın təbii qaza tələbatı ildə 10 milyard kubmetr təşkil edir. Bunun yalnız 1-1,5 miçyard kubmütrini ölkə özü ödəyə bilir. Qalan hissəni Macarıstan Rusiyadan alır.


Keçən ildən ölkə artıq Qətər və Azərbaycandan qaz slmağa maraq göstərməyə başlayıb.


Macarıstan Avropa İttifaqı üzvü olan ölkələr arasında Ukraynaya təcavüzdən sonrs Rusiyadan qa alan azsaylı ölkələrdən biridir. 


N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM