Sahibkarlara xəbərdarlıq!

12:25 | 14.02.2014
Sahibkarlara xəbərdarlıq!

Sahibkarlara xəbərdarlıq!

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti pərakəndə ticarət və ictimai iaşə xidməti ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib. ANN.Az-ın Dövlət Xidmətinin saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda deyilir:"Saxlama müddəti ötmüş məhsulların satılması istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Belə hərəkətlərə yol verən vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək miqdarda cərimə olunurlar".Məlumatda deyilir ki, bu cərimələrə məruz qalmamaq üçün ticarət və ictimai iaşə xidməti ilə məşğul olan sahibkarlar müvafiq qaydalara əməl etməlidir:-təchizatçıdan mal qəbul edərkən malın etiketində istehsal tarixi və saxlama müddətinə diqqət yetirməyi; -etiketində istehsal tarixi və saxlama müddəti göstərilməmiş malları qəbul etməməyi; -etiket göstəricisinə əsasən saxlama müddəti ötmüş malları qəbul etməməyi;-hər iş günün əvvəlində ticarət zalında və anbarda olan malların saxlama müddətinin ötüb-ötməməsini yoxlamağı; -ticarət zalında və anbarda aşkar edilən saxlama müddəti ötmüş malların xüsusi ayrılmış yerlərə yığmağı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM