Sahibkarlarla bağlı daha bir MÜHÜM ADDIM

10:57 | 25.03.2020
Azərbaycanda sahibkarların fəaliyyətini ağırlaşdıran qaydalar və qanunların 1 il sonra qüvvəyə minməsi təklif edilir.
 
Anews.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
 
Sazişə əsasən, tərəflər sahibkarların fəaliyyətini ağırlaşdıran yeni qaydalar, o cümlədən qanunvericilikdə yeni vergilər, məcburi dövlət ödənişləri müəyyən edən dəyişikliklər qəbul edilərkən, onların 1 il sonra qüvvəyə minməsi barədə müddəanın qanunvericiliyə əlavə edilməsinə nail olmaq barədə öhdəlik götürüblər.

www.anews.az

Xəbər lenti