Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyəti (AQHMC) Bakının mərkəzində yerləşən Sahil bağında Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinə abidə qoyulması təklifi ilə çıxış edib.AQHMC-dən APA-ya verilən məlumata görə, cəmiyyətin İdarə Heyətinin iclasında Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı yüksək qiymətləndirilib: "İdarə Heyəti üzvləri təşəbbüslə çıxış edərək Sahil bağı (keçmiş “26-lar bağı” ) adlanan sahədə Azərbaycan Cümhuriyyəti qurucularının xatirə abidəsinin qoyulmasını və həmin bağın “Cümhuriyyət Bağı" adlandırılması haqqında prezidentə müraciət etmək qərarı qəbul ediblər". Bəyanatda abidə xatirəsinin qarşısında əbədi məşəlin qoyulması da təklif edilir: "Bu, bundan sonra gələcək nəsillərin yaddaşında cümhuriyyətimizin qurucularının xatirəsinin əbədi yaşaması üçün bizlərin övladlarımıza gec də olsa, ödəyəciyimiz borcdur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !