Şahin Bağırovdan yeni rəis təyinatı

14:39 | 06.02.2025
Şahin Bağırovdan yeni rəis təyinatı

Şahin Bağırovdan yeni rəis təyinatı

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı DGK sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin olunub.

Yusifov bundan əvvəl Balakən rayonundakı "Mazımqara” gömrük postunun rəisi vəzifəsində çalışıb.

Bir müddət öncə Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti