Millimizin keçmiş baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun Diniyevin sosial şəbəkədə paylaşdığı şəkillər mətbuatda yayılıb.
Publika.az xəbər verir ki, “Futbol+” qəzeti futbolçunun evdə və maşında çəkilmiş şəkillərinin altında yazdığı şərhləri əsas götürərərk Coşqun Diniyevi intizamsızlıqda və tərbiyəsizlikdə ittiham edib. Coşqun Diniyev bir şəkildə əlində xeyli pul tutub. O, yazdığı şərhdə pulu hara xərcləyəcəyini də qeyd edib: “Qəlyana gedirəm”
Bir şəkildə isə Coşqun Diniyev YPX-dən gələn xəbərdarlıq məktubunu paylaşıb. Bu məktubdan görünür ki, Coşqun maşını sürətlə idarə etdiyi üçün cərimə olunub.
Oğlunun “instagram”da paylaşdıqlarına münasibət bildirməsi üçün Şahin Diniyevin özü ilə əlaqə saxladıq. Publika.az-a danışan Ş.Diniyev məsələdən xəbərsiz olduğunu dedi: “Siz dediniz, mən özüm xəcalət çəkdim. Paylaşdıqlarından xəbərim yox idi. Amma gəncdir, səhv edib. İndi özü burada deyil. Özüm onunla söhbət edəcəm. Əslində onun qəlyan çəkmədiyinə əminəm. Yəqin ki, dostları ilə zarafat etmək istəyib.
Kiminsə xətrinə dəyibsə, oğlumun əvəzindən mən üzr istəyirəm. Çalışarıq bu bir daha təkrarlanmasın”.
ANN.Az