Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib.Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib. Məhkəmədən verilən məlumata görə, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də APA-ya faktı təsdiqləyiblər.
ANNET.Az
Bizi sosial şəbəkələrdə izləyin !