2015-ci ildə keçiriləcək I Avropa Oyunlarının proqramında şahmat da var. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.Nazirin sözlərinə görə, şahmatın olimpiya idman növü olmamasına baxmayaraq, Avropa Komitəsinin xüsusi qərarı ilə şahmat və karate Avropa Oyunlarının proqramına salınıb: "Sözsüz ki, şahmatla bağlı aparılan bütün islahatlar daha yüksək səviyyədədir. Bizim çox güclü şahmat komandalarımız var ki, onların sayəsində biz ev sahibliyi edərkən sevinc hissi yaşamalıyıq və bu sahədə biz işlər görəcəyik".A.Rəhimov deyib ki, gənclərlə bağlı Təşkilat Komitəsi işləyir: "Bu işə çoxlu gənc cəlb olunub. Biz düşünürük ki, qısa müddətdə böyük kütlə, könüllülər Avropa Oyunlarının hazırlığı prosesinə cəlb olunacaq. Avropa Oyunlarının hazırlığına faktiki olaraq ötən ilin əvvəlindən başlanılıb. Artıq bir ildir işlər gedir. Demək olar ki, keçən ilin son ayından işlər daha fəal şəkildə aparılır. Bu il də əsas ilimizdir. Yəni, bu il bütün tikinti işləri başa çatmalıdır. Bu günlərdə avadanlıqlar alınmalıdır, kənd hazır olmalıdır, nəqliyyat və digər məsələlər hamısı həll edilməlidir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !