Şahmat üzrə “Əməkdar Məşqçi” adları verildi

14:10 | 29.11.2013
Şahmat üzrə “Əməkdar Məşqçi” adları verildi

Şahmat üzrə “Əməkdar Məşqçi” adları verildi

Azərbaycan Gənclər və İdman Nazirliyinin əmrinə əsasən Xanlar Allahverdiyev və İlham Əliyevə şahmat üzrə “Əməkdar Məşqçi” adları verilib.

AzərTAc xəbər verir ki, Xanlar Allahverdiyev və İlham Əliyev səmərəli işinə, xidməti vəzifələrini nümunəvi icra etdiklərinə və yüksək peşə ustalığına görə bu fəxri ada layiq görülüblər.

Xatırladaq ki, Xanlar Allahverdiyev Həmkarlar İttifaqlarının şahmat-dama klubunun baş məşqçisi, İlham Əliyev isə Sumqayıt yığma komandasının baş məşqçisidir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb