Banqladeşin paytaxtı Dəkkədəki xatirə turniri başa çatıb.
Turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Vüqar Rəsulov göstərib.
Son tura qədər turnir cədvəlində liderlik edən təmsilçimiz sonuncu qarşılaşmasında rəqibi polşalı Mixail Krasenkova uduzaraq mükafatçılar sırasından kənarda qalıb.
Doqquz turdan 6,5 xal toplayaraq 2-7-ci yerləri bölüşən şahmatçımız əlavə nəticələrə görə 7-ci sırada qərarlaşıb. Digər şahmatçılarımız Vüqar Əsədli və Misrətdin İsgəndərov 6 xalla 9-11-ci yerləri bölüşüblər.
Turnirin qalibi M.Krasenkov olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !