Şahmatçılarımız dünya çempionatında

11:29 | 06.10.2014
Şahmatçılarımız dünya çempionatında

Şahmatçılarımız dünya çempionatında

Yarışda ölkəmizi 3 qrossmeyster təmsil edəcək

Bu gün Hindistanın Puna şəhərində 20 yaşadək yeniyetmə şahmatçılar arasında dünya çempionatı başlayacaq.

ANS PRESS-in məlumatına görə, mundial İsveçrə sistemi üzrə 13 turda keçiriləcək.

Açıq çempionatda (yuniorlar arasında) 139 şahmatçı, o cümlədən 18 qrossmeyster iştirak edəcək. Yarışda Azərbaycanı qrossmeysterlər Nicat Abbasov və Ülvi Bacarani təmsil edirlər.

Yeniyetmə qızların çempionatında 78 şahmatçı, o cümlədən beş qrossmeyster mübarizə aparacaq. Yarışda Azərbaycanı beynəlxalq qrossmeyster Səbinə İbrahimova təmsil edəcək.

Çempionat oktyabrın 19-da başa çatacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti