Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib

15:16 | 06.02.2025
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib

Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib

Xətai rayon məhkəməsi "Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində 3 fy 15 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.  

Şahnaz Bəylərqızı fevralın 5də saxlanılıb. Elə həmin gün onun evində axtarış keçirilib.  O, Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunur.
 
Şahnaz Bəylərqızı jurnalist karyerasına "Yeni Müsavat" qəzetindən başlayıb, daha sonra  Azadlıq radiosunda çalışıb. Son iş yeri Toplum TV olub. 

"Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
 
Şahnaz Bəylərqızı  daha çox cəmiyyətdə müstəqil, obyektiv və hər hansı mövge sərgiləməyən jurnalist kimi tanınıb. 
 
Onun himayəsində iki yeniyetmə yaşlı övladı var. 
 
Aytac Zeynalova
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti