Səudiyyə Ərəbistanında cinayətlə günahlandırılan bir krallıq ailə üzvü edam ediləcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi, Baş nazir Köməkçisi və Müdafiə Naziri Şahzadə Salman adı açıqlanmayan Səudiyyə şahzadəsinin edamının təsdiqləndiyini açıqlayıb. Şahzadə Salmanın mövzuya bağlı Daxili İşlər Nazirinə göndərdiyi məktub Ərəb mediasında nəşr olunub. Məktubda, şəriətin ayrı-seçkilik güdmədən hər kəsə tətbiq edildiyi bildirilib.Daha əvvəl Kral Abdullah tərəfindən verilən fərmanda, qurbanın ailəsi və şübhəli arasında razılıq təmin edilmədiyi təqdirdə cinayətkara edam cəzası verilməsi istənib. Qurbanın atası, şübhəlinin əfv etmətib və verilən "qan pulu"nun az olduğunu əsas gətirərək rədd edib.Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı məlumatlarına görə, şəriətlə idarə olunan ölkədə 2013-ci ildə 79 adam edam edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !