Şahzadə Harrinin atası kimdir?

10:29 | 29.12.2014
Şahzadə Harrinin atası kimdir?

Şahzadə Harrinin atası kimdir?

Bu günlərdə İngilis mətbuatında gündəmi zəbt edən əsas mövzulardan biri bu olub.

ANN.Az xəbər verir ki, teatr səhnəsinə qoyulan bir tamaşa illər əvvəl başlanan bu mübahisəni yenidən alovlandırıb.

1997-ci ildə Fransanın paytaxtı Parisdə avtomobil qəzası zamanı həyatını itirən şahzadə Diananın o zamanlar ingilis ordusunda vəzifə daşıyan Ceyms Heutlə 5 il sevgi yaşaması və eləcə də şahzadə Harrinin bu məhəbbətin bəhrəsi olması xəbəri yenidən alovlanıb. Buna səbəb bir teatr tamaşasıdır. "Yalanlar, həqiqətlər, Diana" adlı tamaşanın müəllifi Con Konuey Ceyms Heutin vəfatından əvvəl ona "Diana ilə münasibətlərimiz Harrinin doğumundan bir il əvvəl başlamışdı. Amma bu uyğunsuz bir gerçəkdir" - deyibmiş, üstəlik bu cümlələri teatr tamaşasında bədiiləşdirməyə icazə də veribmiş.

Şahzadə Çarlzın əslində Harrinin əsl atası olmaması mübahisəsi uzun illərdir ki, aparılır.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti