Britaniya şahzadəsi York hersoqu Endryu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə ittiham edilib.
ANN.Az APA-ya istinadən xəbər verir ki, ittihamlar yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə təqsirləndirilən maliyyəçi Ceffri Epşteyn barəsində aparılan istintaqla bağlıdır. Qeyd edək ki, şahzadə Endryu Ceffri Epşteynlə dost olub.
Məlumata görə, adı açıqlanmayan 30 yaşlı qadın iddia edir ki, 17 yaşında olarkən Ceffri Epşteyn onu hersoqla cinsi əlaqəyə məcbur edib. Lakin Bukingem sarayı York hersoquna ünvanlanmış ittihamları kəskin rədd edərək, onların həqiqətə uyğun olmadığını qeyd edib. 54 yaşlı şahzadə Endryu Britaniya kraliçası II Yelizavetanın ikinci oğludur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !