Sakinlərdən etiraz: binanın özülləri dağıdılıb - FOTO

12:02 | 29.04.2014
Sakinlərdən etiraz: binanın özülləri dağıdılıb - FOTO

Sakinlərdən etiraz: binanın özülləri dağıdılıb - FOTO

Dünən Nizami rayonu, hər kəsin 8-ci kilometr bazarı kimi tanıdğı mərkəzlə üzbəüz binanın (Qara Qarayev 106) qarşısında sakinlər aksiya keçirib.
ANN.Az-ın əməkdaşı hadisə yerində olub və insanların toplaşma səbəbini öyrənməyə çalışıb. 
Sakinlər saytımıza açıqlamasında yaşadıqları binanın özüllərinin dağıdılması və təhlükəli hal almasından danışıblar: “İki ay öncə hiss etdik ki, binanın altında tikinti işləri gedir. Maraqlandıq ki, görək nə məsələdir. Aydın oldu ki, binanın altı hansısa vətəndaşa satılıb və o, da tikinti işləri aparaq binanın əsas özüllərini dağıdır. Bu barədə Fövqaladə Hallar Nazirliyinə məlumat verdik, amma nəticəsi olmadı”. 
ANN.Az-ın əməkdaşı hadisə yerində olanda ANS televiziyasının “İç Xəbər” proqramı çəkiliş aparırdı. Sakinlərdən biri dedi ki, məsələnin ictimailəşməsində Babək müəllim yardımçı olub. “Yerli icra orqanı təsərrüfat şöbəsinin müdiri Babək müəllimlə danışdıq. Babək müəllim sağ olsun ki, hadisə yerinə gəldi və məsələni müvafiq qurumlar qarşısında qaldırdı”. 
Sakinlərin tələbi odur ki, bina əvvəlki vəziyyətinə qaytarılsın: “Fövqalə Hallar Nazirliyinin bina özüllərinin bərpası ilə bağlı müvafiq qurumu var. Onlar gəlib baxıb və binanın əvvəlki vəziyyətinə qayıtması ilə bağlı iş aparmalıdırlar”. 
Məsələ ilə bağlı olaraq Fövqaladə Hallar Nazirliyi ilə əlaqə saxlasaq da, sualımızı cavablayan olmadı. Rəsmi sorğu göndərdik, yaxın saatlarda mövqe öyrənməyə çalışacayıq.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb