Sakinlərdən prezdentə məktub

17:29 | 08.05.2019
Sakinlərdən prezdentə məktub

Sakinlərdən prezdentə məktub

Bakı şəhəri,Səbail rayonu Əlibəy Nüseynzadə küç, bina 8 unvanında yaşayan sakininlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyevaya  məktub ünvanlayıb. Məktubda deyilir:

"Yazdığımız məktublar Sizdən gizlədilir,Sizə məruzə edilmir və buna görə də bu açıq məktubu Sizə ünvanlamaq qərarəna gəlmişik.  Nazirlər Kabinetinin  25.02.2016-ci il tarixli 86 saylı Qərardan su-istifadə halı tapan  Qala Qrup və onun yaratdığı  Sabah Residense MTK bizi öz yaşadığımız özəlləşdirilmiş mənzillərdən məcburi qaydada çıxarmağa çalışırlar.
 
         
Nazirlər Kabinetinin86 saylı ,25.02.2013-cı il tarixli Qərarında Səbail rayonu üzrə „pilot Layihəyə  41 yaşayış binası salınmışdır ki, bizim Əlibəy Hüseynzadə küçəsi 8 ünvanında  yerləşən  yaşadığımız bina isə bu siyahıya salınmamışdır.
 
           
Lakin bina 8-in qəzalı vəziyyətdə olmadığı haqda əlimizdə müstəqil ekspert rəyi olmasına baxmayaraq Qala qrup və Sabah rezidense MTK-nın rəhbərləri və onların əlaltıları sakinlərdən əl çəkmir, insalığa sığmayan müxtəlif təzyiqlərdən istifadə edirlər.
 
     
Necə ola bilər ki, nizamnamə kapitalı beş yüz manat olan, 30 avqust 2017-ci ildə Qala Qrup MMC tərəfindən tələm-tələsik yaradılan və peşəkarlıq sertifikatı olmayan "Sabah Residence” MTK,  Bayılda sürüşmə zonasında üç ədəd on doqquz mərtəbəli və bir ədəd on altı  mərtəbəli, bir ədəd 7mərtəbəli mehmanxana, ticarət mərkəzi və binalar tikməyi planlaşdirir?
      
Göründüyü kimi qeyd olunan şirkət özbaşınlıq edərək, bizim hüquqlarımızı kobud şəkildə pozur.
           
Belə ki, Öz şərtlərini sakinlərə məcburi qaydada diktə edən Qala Group, Sabah Rezidense MTK-nın rəhbərləri binanın sakinləri ilə razılaşmadan mənzillərini  tərk etmələri barədə ultimatum verirlər. Sabah Rezidensenin   hüquq məsləhətçisi Vəkillər Kollegiyasının intizam məsələləri komissiyasının sədri
 
 
Şahmar Məmmədov MTK adından, onların maraqlarından çıxış edərək binada yaşayan 28 ailənin mülkiyyətindən məhrum edilməsi haqqında  Səbail rayon məhkəməsinə iddia ilə müraciət etmiş  və məhkəmə də bu iddianı icrata götürmüş, Səbail rayon məhkəməsinin hakimləri Şahin Abdullayev, Nurəddin Bağırov bina 8-də yaşayan 28 ailənin və onların üzvlərinin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilmişdir və bununla bizim daşınmaz əmlaklarımızdan məhrum edilməsi haqqında absurd bir qətnamə çıxarmışdılar.
         
Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdehlərin yaşadıqları evlər qəzalı vəziyyətdədir və uçmaq təhlükəsi altındadır, həmin mənzillər orada yaşayan sakinlər və ətrafdakılar üçün təhlükə mənbəyidir, cavabdehlərin qarşılıqlı iddia tələbləri əsassızdır, tələblərini əsaslandırdıqları halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər.
    
Bu qətnamə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsini və 29-cu maddəsini kobud halda pozmuşdu. Eyni zamanda qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci, 9.3-cü, 88-ci maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci, 19-cu, 152.1-ci, 152.5-ci, 337.2-ci, 339.1-ci maddələrini  pozmuşdu.
       
30 aprel 2019-cu ildə Apelyasiya məhkəməsinin hakimi  İlham Kərimli biz sakinlərin daşınmaz əmlaklarımızdan məhrum edilməsi haqqında Səbail rayon məhkəməsinin çıxardığı bu absurd qətnaməni qüvvədə saxlanılması haqda qərar çıxarmışdır.
 
Əlavə qeyd etmək istəyirik ki, məhkəmədə hakimlər sakinlər tərəfindən qaldırılan məsələləri araşdırmaq istəmir, vəkillərin verdiyi haqlı vəsadətləri qəbul etmirlər, sakinlərin çıxışları üçün şərait yaratmırlar, məhkəmədə icra hakimiyyətinin hüquqşunası, Dövlət Arxitektura  və Şəhərsalma Komitəsindən mütəxəsislərin məhkəmədə iştiraklarini təmin etmirlər. Bu isə məhkəmə hakimlərinin məsələləyə dair ədalətli qərar çıxartmaqda maraqlı olmadığını, kimlərinsə sifarişlərini , göstərişlərini yerinə yetirdiyini göstərir.
 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüquuna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləriilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən mərhum ola bilməz. 
Harada görünüb ki, Azərbaycan Respublikasının mükiyyətçinin Konstitusiya və Dövlət tərəfindən gorunan mülkiyyət hüquqları habelə Azərbaycan Respublikasının qoşulduğu İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası tərəfindən gorunan mülkiyyət hüquqlarına MTK tərəfindən mülkiyyətçinin mülkiyyət hüquqlarına xitam verilə bilər və əmlakını sökə bilər? Bu tamam özbaşinalıqdır. Belə çıxır ki, de-yuro Azərbaycan Respublikasında mülkiyət konstitusiyon səviyəsində dövlət tərəfindən qorunur, lakin de-fakto MTK kimi birisi mülkiyyətçilərin mülkiyyət hüquqlarına xitam verə bilər və əmlakını sökə bilər.
 
Göründüyü kimi "Sabah Residence” MTK öz çirkin məqsədinə çatmaq üçün müxtəlif metodlardan istifadə etməkdən çəkinmir.
    
Hörmətli cənab Prezident biz demokratik dövlətdə yaşayırıq. Demokratik dövlətdə isə qanunun  aliliyi  ən  vacib  şərtdir. Siz  isə  bu  qanun aliliyinin qarantısınız. Ona görə də ümüdümüz  ancaq Sizə və yalnız  Sizədir.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sakinlərin konstitusion hüquqlarının pozulmamasına köməklik göstərməyinizi Sizdən bir daha xahiş edirik".
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM