Öz qayığıyla Sakit okeanı keçməyə çalışan rusiyalı səyahətşi Fyodr Konyuxov bildirib ki, son 50 ildə bu okean səhraya çevrilib.
ANN.Az-ın "Vesti.ru"ya istinadən xəbərinə görə, səyahətçi hazırda Markiz adalarında yerləşən Fatu-Xivanın 1000 millik məsafəsindədir. Buranın faunasını o, "Kon-Tiki" səyahətinə çıxmış məşhur norveçli Tur Heyerdalın yazdıqlarıya müqayisə edib.
"1947-ci ildə Tur Heyerdalın salına tuna balıqları tullanırdı, uçan balıqları isə onlar tavalarla tutur, qızardıb yeyirdilər. Mən isə bunu ancaq arzulaya bilərəm", Moskvayla əlaqə quran səyahətçi açıqlamasında bildirib. Konyuxov sadəcə bir ədəd kalmar balığı tutmağa müvəffəq olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !