"Sakit olun, mən yemək bişirməyəcəm" - Orxan Fikrətoğlu yeni vəzifəsindən danışır

09:59 | 13.05.2022

"Sakit olun, mən yemək bişirməyəcəm" - Orxan Fikrətoğlu yeni vəzifəsindən danışır

Kulinariya ancaq yemək demək deyil. Milli mədəniyyətin bir qoludur və dövlətin yumşaq siyasət yürütdüyü mühüm sahədir. Bunu Orxan Fikrətoğlu deyib.

"Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV variantda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu streotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm. Sakit olun. Mən yemək bişirməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu. Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın", - Fikrətoğlu deyib.

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib, onun yerinə tanınmış teleaparıcı, yazıçı Orxan Fikrətoğlu təyin edilib. Hazırda Tahir Əmiraslanov milli kulinariya mərkəzi assosiasiyasının rəhbəridir.(trend.az)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM