Sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə dəstək

14:22 | 31.07.2019
Sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə dəstək

Sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə dəstək

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzləri yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu, Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamına əsasən baş tutub.

Regionlarda yaradılmağa başlayan mərkəzlərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcəyi bildirilir. Həmin uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcəyi qeyd olunur.

İlk mərhələdə on rayon və şəhərdə belə mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb