Şalvarsız aksiya - VİDEO

22:23 | 13.02.2014
Şalvarsız aksiya - VİDEO

Şalvarsız aksiya - VİDEO

Dünyanın bir çox yerlərində keçirilən çılpaq aksiyalara yenisi əlavə olunub.ANS PRESS-in məlumatına görə, dünyanın bir çox ölkəsində keçirilən şalvarsız aksiyalardan biri də Kolumbiyada baş tutub. Ölkədə toplanan gənclər şalvarsız kütləvi nəqliyyat vasitələrinə minib, küçələrdə gəziblər. İlk dəfə 2002-ci ildə "Improve Everywhere" adlı qrup tərəfindən ABŞ-da başladılan aksiya dünya səviyyəsində 25 ölkədə və 60 şəhərdə həyata keçirilib.Kolumbiyadakı aksiya iştirakçıları bu nümayişin digər şəhərlərdəki aksiyalardan fərqli olduğunu, məqsədin yalnız şalvarları çıxardıb ortalıqda gəzmək olmadığını qeyd ediblər. Yerli radio stansiyasına danışan iştirakçılardan biri insanların bir-birlərini paltarlarına görə mühakimə etmələrinin səhv olduğunu dilə gətirərək, ən vacibi insanların fikirləri və düşüncələri olduğunu dilə gətirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM