Salyan həbsxanasında atışma: yaralanan əsgər Bakıya gətiriləcək

13:33 | 10.09.2017
Salyan həbsxanasında atışma: yaralanan əsgər Bakıya gətiriləcək

Salyan həbsxanasında atışma: yaralanan əsgər Bakıya gətiriləcək

Bu gün səhər saatlarında 5 saylı cəzaçəkmə müəssisəsində odlu silahdan açılmış atəşlə yaralandığı üçün Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş konvoy taborunun əsgəri, 19 yaşlı Əyyublu Əyyam Mamay oğlu üzərində aparılan əməliyyat başa çatıb və hazırda xəstənin vəziyyəti stabil-ağır olaraq qalmaqdadır.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Ə.Əyyublu bədəninin sol nahiyəsini deşib keçən və bağırsaqlarını da zədələyən 3 güllə yarası alıb. Xəstənin yaxın saatlarda Bakı şəhərindəki hospitala aparılacağı gözlənilir.
 
Bu gün səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunun Yenikənd kəndində yerləşən, el arasında "Xələc türməsi” adı ilə tanınan 5 saylı cəzaçəkmə müəssisəsinin mühafizə xidmətində qulluq edən əsgər, 1998-ci ildə anadan olmuş Əyyublu Əyyam Mamay oğlu qarın boşluğundan aldığı güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırmalara başlanılıb..


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM