Salyanda avtomobilin vurduğu şəxs ölüb

22:30 | 21.09.2020
Salyanda avtomobilin vurduğu şəxs ölüb

Salyanda avtomobilin vurduğu şəxs ölüb

Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.

"Report” xəbər verir ki, qəza nəticəsində Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 1990-cı il təvəllüdlü Əliyev Bayram Əliyar oğlunun həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, hadisə ötən gün günorta saatlarında Ələt-Astara magistral yolunda, şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Salyan şəhər sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Ümid Rafət oğlu idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə BMW yolun kənarında dayanmış avtomobili yuyan B.Əliyevi vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada, habelə qəzaya uğramış avtomobilin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb