Salyanda ferma yandı: heyvanlar tələf oldu

10:39 | 14.04.2015
Salyanda ferma yandı: heyvanlar tələf oldu

Salyanda ferma yandı: heyvanlar tələf oldu

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Hadisə Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan fermada qeydə alınıb.

Fermanın dam örtüyü yanıb.

Yanğın nəticəsində fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub.

Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM