Sentyabrın 19-da axşam saatlarında işdən qayıdarkən avtomobil qəzası nəticəsində həyatlarını itirmiş, EVRASCON şirkətinin işçisi olan 4 nəfər salyanlı qadının şəxsiyyəti müəyyənləşdirilib.
1. Əhmədova Arzu Ağahüseyn qızı. 1980-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.
2. Baxşıyeva Sevinc İbrahim qızı. 1965-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.
3. Qasımova Vəfa Əhəd qızı. 1984-cü il, Salyan şəhəri, Ə.Quliyev küçəsi.
4. Əhədova Gilas Məhərrəm qızı. 1958-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.
**
Qəzada həlak olan hər 4 qadın Salyan rayon sakinidir. Onlar Ələt-Astara avtomobil yolunu çəkən EVRASCON şirkətinin düşərgəsindəki yeməkxanada aşpaz işləyirlərmiş.
◀▶
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !