SAM-ın direktorunun məqaləsi Türkiyə jurnalında dərc olunub

12:30 | 17.10.2014
SAM-ın direktorunun məqaləsi Türkiyə jurnalında dərc olunub

SAM-ın direktorunun məqaləsi Türkiyə jurnalında dərc olunub

Türkiyədə nəşr olunan rüblük «Erməni araşdırmaları» jurnalının xüsusi buraxılışında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun «Ermənisoyqırımı» tarixi gerçək deyil, siyasi mifdir» adlı məqaləsi dərc edilmişdir.Məqalədə bildirilir ki, ötən əsrin əvvəllərində regionda baş vermiş hadisələrin saxta iddialar və geosiyasi maraqlar əsasında dəyərləndirilməsi səyləri tarixi gerçəklərin obyektiv araşdırılmasına qarşı yönəldilən ciddi maneədir. Nəticədə qondarma «erməni soyqırımı» kimi siyasi mifin ictimai dövriyyəyə buraxılması bir tərəfdən reallıqların məqsədli şəkildə təhrif edilməsinə, həqiqətin gizlədilməsinə, digər tərəfdən isə regionda sülh və sabitliyin əldə olunmamasına, saxta iddiaların siyasi təzyiq vasitəsinə çevrilməsinə xidmət edir.Məqalədə vurğulanır ki, özlərini «demokratiyanın dayağı» kimi tanıdan bəzi Avropa dövlətlərini də «erməni soyqırımını» tanımayanların hüquqi məsuliyyətə cəlb edilməsi əslinə qalsa, məhz demokratik prinsiplərin, insan hüquqlarının, söz, vicdan azadlıqlarının kobud şəkildə pozulmasıdır. Belə fəaliyyət beynəlxalq hüquq normaları, ümumbəşəri demokratik dəyərlərlə ziddiyyət təşkil edir. O da qeyd edilir ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin türkiyəli siyasətçi Doğu Perincəkin İsveçrə hökumətinə qarşı iddiasını təmin etməsi, onun ifadə azadlığının müdafiəsinə dair qərarın qəbul olunması həmin qondarma ittihamların nə dərəcədə əsassız olmasının bariz nümunəsidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb