Norveç ABŞ-dan 22 ədəd F-16 təyyarəsini, eləcə də qırıcılara xidmət göstərmək üçün lazım olan avadanlığı Ukraynaya verməklə bağlı icazə alıb. Bu barədə Nettavisen portalı mənbələrə istinadən xəbər verir.
Söhbət Danimarka, Norveç və Hollandiyanın idxal edəcəyi 65 qırıcıdan ibarət partiyadan gedir.
Söhbət Danimarka, Norveç və Hollandiyanın idxal edəcəyi 65 qırıcıdan ibarət partiyadan gedir.
Bununla belə, nəşrə görə, Norveçdə hazırda istismara yararlı 22 ədəd F-16 qırıcısı yoxdur, ona görə də onların bəziləri işlənmiş vəziyyətdə ola və hissələrin sökülməsi üçün istifadə oluna bilər. Bütün partiyadan yalnız 12 təyyarənin döyüşə hazır olacağı bildirilib.
ABŞ özü təyyarəUkraynaya verməsə də üçüncü ölkələrin bunu reallaşdırması üçün mütləq icazə verməlidir. ABŞ-ın F-16 və digər silah sistemləri almış ölkələrlə bağladığı razılaşmanın tələbidir. Bu yolla ABŞ öz silah texnologiyalarına nəzarəti edir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !