Şamaxıda idman müəllimi Avropa çempionunu öldürüb - FOTO

Şamaxıda törədilən qətlin təfərrüatları məlum olub.
Anews.az APA-ya istinadən xəbər verir ki, "Yeddi Gümbəz" qəbiristanlığında Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb.

www.anews.az