“Samsung” əhatəsini genişləndirdi

12:50 | 15.08.2014
“Samsung” əhatəsini genişləndirdi

“Samsung” əhatəsini genişləndirdi

“Reuters” agentliyi yazır ki, “Samsung Electronics” şirkəti ev elektronikasını şəbəkəyə qoşmaq üçün texnologiyalar hazırlayan “SmartThings” startapını satın alıb. Sazişin dəyəri barədə məlumat verilmir. “ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, iki il əvvəl təsis edilmiş “SmartThings” startapı indiyədək “PayPal”ın həmtəsisçisi Maks Levç, “Greylock” Fondu və Rusiyalı iş adamı Yuri Milnerdən 15,5 milyon məbləğində investisiya cəlb edib. Şirkətdə 55 əməkdaş işləyir. “SmartThings” texnologiyaları ev elektronikasının mobil tətbiqdən idarəsinə imkan verir. Beləliklə, “Samsung” məişət texnikası, termostat, əyləncə ev qurğuları və sairənin internetə qoşulmasını nəzərdə tutan “əşyaların internet” seqmentində inkişaf edir. Cənubi Koreya şirkəti artıq internetə qoşulan məişət elektronikası istehsal edir. “Gartner” analitik şirkətinin proqnozuna görə, 2020-ci ilədək “əşyaların internet” qurğu və xidmətləri bazarının həcmi 300 milyard dollara çatacaq və qurğuların sayı 26 milyardı ötəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM