Samsung lider oldu

13:12 | 10.03.2014
Samsung lider oldu

Samsung lider oldu

Cənubi Koreyanın Samsung Electronics şirkəti ən böyük smartfon istehsalçısıdır. Lakin hazırda şirkət, həmçinin patentləşdirmənin həcminə görə Avropada lider olub və öz rəqiblərini bu göstərici üzrə 10 dəfə ötüb. Avropa Patent İnformasiya İdarəsinin məlumatlarında bu barədə qeyd olunub.Samsung artıq ikinci il ardıcıl Avropanın patent siyahısında liderdir. Ötən il şirkət Avropada 2800-dən çox patent üçün müraciət təqdim edib. Apple patent müraciətinə görə Avropada 66-cı yerdə qərarlaşıb. Xatırladaq ki, ötən il 50-ci olub.Həmçinin qeyd edək ki, ötən il Google şirkəti patent müraciətlərinin həcmini sürətlə artırıb: 2013-cü ildə internet nəhəngi ABŞ-da patent üçün 2000-dən çox müraciət təqdim edib.//İctnews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM