ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə istehsalçının özü səs tanıtma funksiyası olan televizorlar barədə danışarkən bildirib.
Maraqlıdır ki, "Samsung”-un "ağıllı” televizorlarının istifadəsi ilə bağlı təlimatda da məlumatların üçüncü şəxsə ötürülməsinin mümkünlüyü barədə xəbərdarlıq yer alır. Buna görə də şirkət müştərilərinə məsləhət görür ki, televizorlarının yanında şəxsi sirlər barədə danışmasınlar.
Şirkətin məxfilik siyasətini təsvir edən sənəddə deyilir ki, "Cihazınız (televizorunuz) sizə səs tanıma funksiyalarını yerinə yetirmək və cihazları qiymətləndirmək və işini yaxşılaşdırmaq məqsədilə, sizin səs komandalarınızı və müvafiq mətn məlumatlarını qeyd edə, "Samsung” şirkəti isə bu məlumatları yığa bilər. Nəzərinizdə saxlayın ki, əgər sizin danışdıqlarınız məxfi xarakter daşıyırsa, bu məlumatlar da, şirkətə ötürülən məlumatlar sırasına daxil olacaq”. Xəbərdarlıq yalnız səsli idarəetmə funksiyasına malik televizorlara aiddir.
"Samsung Electronics” şirkətindən "TechCrunch” nəşrinə verilən açıqlamada şirkət əmin edir ki, televizor istehsalında məlumatların qorunmasına dair standartlara əməl olunur, məlumatlar isə serverə şifrələnmiş formada daxil olur. Üstəlik istehsalçı qeyd edib ki, arzu olunarsa, səs komandalarının yazılması funksiyasını söndürmək olar.
Bundan əlavə, televizorlar quraşdırılmış kamera və mikrofonlar vasitəsilə də sahiblərini izləyə bilər. Televizorlarda məxfi məlumatların toplanılması ilə bağlı məsələ əvvəllər də LG televizorlarında qaldırılmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !