“Samsung”dan yeni ucuz “Galaxy Win Pro” smartfonu

18:23 | 07.12.2013
“Samsung”dan yeni ucuz “Galaxy Win Pro” smartfonu

“Samsung”dan yeni ucuz “Galaxy Win Pro” smartfonu

“Samsung” şirkətinin Çin nümayəndəliyinin saytında yeni smartfon haqqında informasiya dərc olunub. “Galaxy Win Pro” adlı model orta səviyyəli qurğular kateqoriyasına aiddir.“ICTnews” elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, aparat 960 x 540 (qHD) piksel təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli “Qualcomm Snapdragon 200” dördnüvəli prosessoru və “Adreno 203” qrafik sistemi, 5 meqapiksellik əsas və 0,3 meqapiksellik ön kamera ilə təchiz edilib.“Galaxy Win Pro” aparatında, həmçinin 2100 milliamper/saat tutumlu akkumulyator batareyası, 1 QB əməli yaddaş, 8 QB tutumunda fləş-daşıyıcı, “microSD” dəyişilən yaddaş kartları üçün slot, “Bluetooth 4.0”, “Wi-Fi 802.11 a/b/g/n” və “GPS” simsiz rabitə adapterləri mövcuddur. Cihaza “Android 4.2 Jelly Bean” əməliyyat sistemi quraşdırılıb.Smartfon “Galaxy Win” modelinin bir qədər təkmilləşdirilmiş versiyasıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti