Moldovanın hazırkı prezidenti Maya Sandu 55,33% səs toplayaraq seçkilərdə qalib gəlib. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası səslərin 100 faizinin hesablanmasından sonra məlumat verib.
10:45
Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərinin ikinci turunda qələbə qazandığını elan edib. Bu barədə BBC məlumat yayıb.
Rəsmi məlumatlar hələ dərc olunmayıb, lakin ilkin nəticələrə görə, Sandu-nun rəqibi, ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoğlunun ona çatmaq şansı yoxdur. Sandu xaricdə yaşayan moldovalıların səsləri sayəsində qalib gəlib.
Sandu Moldovanın bu seçkilərdə qalib gəldiyini açıqladı, ölkədəki və xaricdəki seçicilərinə təşəkkür etdi və bütün Moldovalıların prezidenti olacağına söz verdi.
"Moldova, siz qalib gəldiniz. Layiqli gələcək üçün səsimizdə heç kim uduzmadı... Məni dəstəkləyənlər də, cənab Stoyanoğluna səs verənlər də sizin səsinizi eşitdim. Mən sizin hamınızın prezidenti olacağıma söz verirəm”, - o, X mikrobloqunda yazıb.
Yerli vaxtla səhər saat ikiyə olan məlumata görə, məntəqələrin 98,8%-nin səsləri hesablanarkən Sandu səslərin demək olar ki, 50,09%-ni, rəqibi isə 49,91%-ni toplayıb.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !