Sanksiyalar Rusiyanı çökdürəcək

19:31 | 22.09.2014
Sanksiyalar Rusiyanı çökdürəcək

Sanksiyalar Rusiyanı çökdürəcək

Rusiya neft nəhəngi “Lukoyl”un prezidenti Vahid Ələkbərov Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının davam edəcəyi təqdirdə neft istehsalının 20 faiz aşağı düşəcəyini açıqlayıb.

 

Axar.az xəbər verir ki, Soçidə təşkil olunan iqtisadi forumda çıxış edən azərbaycanlı milyarder Rusiyanın neft istehsalından əldə olunan məhsulun 25 faizinin daşınmasının çətinliyini, burada Qərb ölkələrindən gətirilən texnologiyaların istifadəsini xatırladaraq, vəziyyətin riskli olduğunu bildirib:

 

“Neft sektorunda avtomatlaşdırma sistemləri və informasiya vasitələri ilə əlaqədar məhsullar daha çox amerikan və yapon texnologiyaları ilə inkişaf etdirilir. İndi bu məhsulların idxalı böyük risk altındadır”.

 

Ələkbərov Rusiya büdcəsinin 40 faizinin neft məhsullarından gələn vergi hesabına formalaşdığını bildirərək, sanksiyaların neft sektoruna ciddi zərbə vuracağını qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM