Sanksiyaların tətbiqi üçün münasib zaman deyil - Makron

09:14 | 06.10.2023
Sanksiyaların tətbiqi üçün münasib zaman deyil - Makron

Sanksiyaların tətbiqi üçün münasib zaman deyil - Makron

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalarla bağlı qəbul etdiyi qətnamə mənfi nəticələr verə bilər. Bu barədə İnterfaks agentliyi Fransa prezidenti emmanuel Makrona istinadan yazıb.  
 
"Sanksiayalrın tətbiqi üçün münasib vaxt deyil, çünki onlar Ermənistan ərazisinin və əhalisinin ən yaxşı şəkildə qorunmasına töhfə vermir", - Makron Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi Qranadada Ermənistanın baş naziri, Avropa Şurasının rəhbəri və Almaniya kansleri ilə görüşü zamanı bildirib.
 
Fransa preizdenti Ermənistan və Azərbaycanın dialoqa davam etdirilməsini dəstəklədiyini açıqlayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Qranadada Ermənistan, Fransa, Almaniya liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüşdə iştirakdan imtina edib.
 
Oktyabrın 5-dəi Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. 

Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM